ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdəki rəqibi Kamala Harrisin üçüncü dünya müharibəsinin qarşısını ala bilməyəcəyi ilə bağlı fikir bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, dünya “çox təhlükəli” vəziyyətə düşüb. 

"Kamala ən sadə suallara belə cavab verə bilmir. Bu dəlilikdir! Əgər o bunu edə bilmirsə, üçüncü dünya müharibəsini bitirməkdə bizi necə təmsil edə bilər? Cavab sadədir: bacara bilməz”, – siyasətçi yazıb. 

Gülayə Mecid