Ermənistan və Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün mühüm fürsət əldə ediblər.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Ərdoğan deyib.
"Region ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılması, sülhün və qonşuluğun bərqərar olması əsas prinsiplərimizdəndir. Türkiyə bütün dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət etməsini vacib sayır. Bu gün müasir dünyanın sadaladığım prinsiplərə ehtiyacı var", - deyə Ərdoğan bildirib.
Ağarza Elçinoğlu