Çilidə 5,8 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə sentyabrın 23-də Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi ( EMSC) məlumat yayıb.
Zəlzələnin ocağı 38 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri 160 min nəfərdən çox əhalisi olan Kokimbo şəhərindən 35 km şimal-şərqdə yerləşib .
Tələfat və dağıntılar barədə məlumat yoxdur.