Bakının mərkəzində qoyulan işıqfora bənzər qurğu görənlərin marağına səbəb olub.

“Unikal” Oxu.az-a istinadən xəbər verir ki, sözügedən qurğu Füzuli küçəsində, Heydər Əliyev Sarayının qarşısında quraşdırılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, bunlar son nəsil təhlükəsiz şəhər kamerasıdır və hazırda test rejimindədir.