"Yaxın Şərqdə vəziyyət hər gün pisləşir".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 23-də keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
O qeyd edib ki, münaqişənin gözlənilməzliyi və gərginliyi günbəgün artır.
"Əlbəttə ki, vəziyyət hər gün pisləşir. Gərginlik artmaqdadır ".
Kreml rəsmisi vurğulayıb ki, regiondakı vəziyyət Rusiya Federasiyası üçün həddindən artıq narahatlıq doğurur.