ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən sualtı gəmisi “USS Vermont” Cənubi Koreyanın Busan şəhərinin limanına ləvazimatları artırmaq və ekipajı istirahət etmək üçün daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Cənubi Koreya Hərbi Dəniz Qüvvələri Amerika hərbçiləri ilə “dostluq mübadiləsi” planlaşdırdığını bildirib. Bu, USS Vermont gəmisinin Cənubi Koreya limanına ilk səfəridir.