Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Ş.Seyidzadə sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı Seçki Dairəsindən deputat seçilib.