İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) Livanda peycerlərin silsilə partlayışlarından sonra öz qoşunlarına hər hansı texniki rabitə vasitələrindən istifadə etməyi qadağan edib.
"Unikal" xəbər verir Bu barədə İran təhlükəsizlik xidmətindəki mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusu təkcə rabitə cihazlarını deyil, demək olar ki, bütün texniki avadanlıqları da genişmiqyaslı yoxlamaya başlayıb. Departamentin rəhbərliyi baş verənlərdən narahatdır və Hizbullahdan texniki ekspertizanın nəticələrini, həmçinin partladılmış məhsulların bir neçə nümunəsini istəyib.
Gülayə Mecid