Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, A.Əsgərov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə 112 saylı Zaqatala Seçki Dairəsindən deputat seçilib.