Hindistanın şimalında 70 nəfərə hücum edən meymun yaxalanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Pəncab ştatının Rupar şəhərinin onlarla sakininə təhlükəli meymun hücum edib. Səhər və axşam saatlarında hücumlar həyata keçirib, sonra isə meşəyə qaçıb.
Heyvanın qurbanlarının çoxu qadınlar olub, lakin bu yaxınlarda meymun kiçik bir qızı ciddi şəkildə yaralayıb. Daha sonra şəhərin Meşə və Vəhşi Təbiət İdarəsi tələ qurub.
Meşə mühafizəçiləri meymunu yaxalayıb. Aqressiya nümayiş etdirməyə davam edən meymun evtanaziya edilib.