ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya-Ukrayna müharibəsini dayandıracağını düşünsə belə, bunu necə edəcəyini həqiqətən bilmir. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “The New Yorker” jurnalına açıqlamasında deyib.

"Bu müharibəni nə qədər dərindən öyrənsən, bir o qədər az başa düşürsən. Bir çox liderlər var idi ki, bunu necə bitirəcəklərini bildiklərinə əmin idilər, lakin bu işə girəndə bunun o qədər də asan olmadığını başa düşdülər", - o qeyd edib. 

Əvvəllər Tramp dəfələrlə bəyan edib ki, prezident seçkilərində qalib gəlsə, Ukraynadakı münaqişəni tez bir zamanda həll edəcək. 

Ağarza Elçinoğlu