"Kursk bölgəsində 7 həftə əvvəl başladılan əməliyyat zamanı ən azı 56 mülki şəxsin həlak olub, 266 mülki vətəndaşın isə yaralanıb".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Kiyev Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından düz 2 il sonra, avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücuma başlayıb. Bu hücum müharibəni Rusiya sərhədlərinə qədər gətirib.
Nazirlik ən təhlükəli bölgələrdən 131 min dinc sakinin təxliyə edildiyini bildirib. Bununla belə, Nazirlik iddia edib ki, Ukrayna qüvvələri Sudja şəhərində təxminən 70-120 mülki şəxsi saxlayıb. Ukrayna ordusu məsələ ilə bağlı şərh verməyib.
Hər iki tərəf 31 aydır davam edən müharibədə mülki insanları hədəf almadıqlarını deyir.
Gülayə Mecid