Sentyabrın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhəd demarkasiyası komissiyalarının fəaliyyətinin tənzimlənməsinin konstitusiyaya uyğunluğu məsələsinə baxacaq.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bu işdə hakimlər Vahe Qriqoryan, Edqar Şatiryan, Davit Xaçaturyan olacaq. İşə yazılı qaydada baxılacaq.
İşə baxış Bakı vaxtı ilə saat 11:00-a təyin edilib.
Ağarza Elçinoğlu