Tehranın cənub-şərqindəki sənaye zonasında partlayışlar baş verib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Tehrandan 100 km cənub-şərqdə yerləşən Gərmsar sənaye zonasında üç güclü partlayış baş verib. Bu ərazinin yaxınlığında Xomeyni Kosmik Tədqiqatlar Mərkəzi yerləşir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.
Zavodda neft kondensatı üçün çənlər var. Səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırır.