ABŞ-nin Missuri ştatında Uilyams adlı imam 1998-ci ildə törədilən qətlə görə edam cəzasına məhkum edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, imam Uilyamsın tərəfdarları qətldə DNT qeydlərinin üst-üstə düşmədiyi üzə çıxdığı üçün məhbusun günahsız olduğunu iddia edir və bu gün keçirilməsi planlaşdırılan edamın dayandırılmasını tələb edirlər.
Missuri Ştat Ali Məhkəməsi qarşısında etiraz edən tərəfdarlar Uilyamsın edamının "dəhşətli ədalət səhvi" olacağını və DNT qeydlərinə baxmayaraq edamın ədliyyə sistemində qaradərili insanlara qarşı qərəzli münasibətin sübutu olacağını vurğulayıblar.
ABŞ-də müsəlmanların hüquqlarını müdafiə edən ən böyük təşkilat olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) Uilyamsın edamını dayandırmaq üçün başlatdığı kampaniyada 50 minə yaxın imza toplayıb.
Uilyams 1998-ci ildə törətdiyi qətldə mühakimə olunub və 2001-ci ildə ölüm cəzasına məhkum edilib.
Onun məhkəməsi zamanı iki muzdlu müttəhimin dinlənilməsi, qətllə bağlı heç bir məhkəmə-tibbi sübut təqdim edilməməsi, 12 nəfərlik jüri heyətindən 11-nin ağdərililərdən ibarət olması mübahisə mövzusu olub.
2017-ci ildə aparılan DNT analizində hadisə yerində tapılan nümunələr Uilyamsın nümunələri ilə uyğun gəlmir.
Edam dayandırılmasa, Uilyams bu gün öldürücü inyeksiya ilə edam ediləcək.
Gülayə Mecid