Azərbaycanın ilk lazer silahı yaradılıb.

"Unikal"ın məlumatına görə, Bakıda keçirilən ADEX sərgisində nümayiş olunan "Fireforce" lazer silahı Azərbaycanın "Zireh" şirkəti tərəfindən istehsal olunub.

Silahın gücü 30 kilovatdır. Çəkisi 900 kiloqramdır. Azərbaycan mühəndisləri tərəfindən hazırlanıb. Silah yüngül zirehli avtomobil üzərində yerləşdirilib.

Müxbir: Anar Kəlbiyev

Fotolar: Ayxan Məlikov