Bakıda keçirilən ADEX sərgisində Azərbaycanın yeni istehsal etdiyi üç zirehli texnikalar nümayiş olunur. 

"Unikal" xəbər verir ki, İTX-15 adlı zirehli texnika təcili yardım funksiyasını yerinə yetirir.

İTX-20-H adlı texnika isə zirehli hücum maşınıdır. Üzərində silah idarəetmə sistemi, naviqasiya, gecəgörmə və digər funksiyalar quraşdırılıb. 

Həmçinin onun üzərində 12,7 mm silah quraşdırılıb. Bu texnika partlayışa, minaya davamlıdır, çəkisi 10 tondur.

Müxbir: Anar Kəlbiyev

Fotolar: Ayxan Məlikov