Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır.
Bu barədə "Unikal" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, uzunluğu 1 046 metr, ortalama eni 17,5 metr olan küçədə hazırda frezlənmə işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.