"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada tətbiq olunacaq yeni tarifləri açıqlayıb.
ADY-dən "Unikal"a verilən məlumata görə, yeni tariflər cari ilin 25 sentyabr tarixindən qüvvəyə minir.
ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0,40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0,10–0,20 AZN arası artırılacaq.