Gəncədə itkin düşən yeniyetmə tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Y.Yaqubov tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 2010-cu il təvəllüdlü Y.Yaqubov sentyabrın 23-ü saat 08 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Yaxınları onun məktəbə getmək üçün evdən çıxdığını və daha sonra xəbər ala bilmədiklərini deyiblər. Müraciətlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırma aparılır.