Şiə "Hizbullah" təşkilatı İsrailin Təl-Əviv ətrafına raket hücumu həyata keçirdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə məlumat qurumun "Telegram" kanalında yer alıb.
"Müqavimət qırıcıları Livanda peycerləri və simsiz rabitə cihazlarını partlatmaqdan məsul olan Mossad qərargahına zərbələr endirmək üçün Qader-1 ballistik raketindən istifadə ediblər", - məlumatda qeyd olunub.
Sentyabrın 17-də və 18-də Livanın müxtəlif bölgələrində peycer və telsizlərin silsilə partlayışlarından sonra Yaxın Şərqdə vəziyyət yenidən pisləşib.
Gülayə Mecid