İlham Aslanov SOCAR-dakı vəzifəsindən uzaqlaşıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, İlham Aslanov öz xahişi ilə SOCAR-da tutduğu vəzifəsindən uzaqlaşıb və hazırda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) rəisinin müşaviri vəzifəsində çalışır.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayevdir.