Qarabağda ilk mobil infrastrukturu quraşdıran “Azercell Telekom” MMC bu ərazilərə qayıdan əhalini qabaqcıl kommunikasiya xidmətlərilə təmin etməyə davam edir.
"Unikal" xəbər verir ki, lider mobil operator Qarabağda təhsil alan tələbələrə dəstək olmaq məqsədilə xüsusi kampaniya elan edir.
Kampaniya çərçivəsində tələbələrə yeni Fakturasız xətt "Azercell" nömrəsi və “SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik hədiyyə edilir. Bu müddət bitdikdən sonra isə bir il ərzində tarif paketindən 50% endirimlə istifadə etmək imkanı verilir.
Qeyd edək ki, “SuperSən 10GB” tarifinə aylıq 10GB internet, 500 ölkədaxili dəqiqə, “WhatsApp” və “Facebook Messenger”də pulsuz yazışma daxildir.
Kampaniyadan yararlanmaq üçün şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə noyabr ayının 30-dək "Azercell"in Xankəndi şəhərində (Qarabağ Universitetinin qarşısında) fəaliyyət göstərən Səyyar Müştəri Xidmətlərinə müraciət etmək olar.
Kampaniya haqqında ətraflı məlumat ilə Azercell-in rəsmi veb səhifəsində tanış olmaq mümkündür.
“Azercell Telekom” MMC bütün tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edir, onlara zehin açıqlığı və uğurlar arzulayır!