Bu gün Vətən müharibəsinin dördüncü ildönümü və Anım Günüdür. Azərbaycan xalqı bu münasibətlə 44 günlük müharibənin qəhrəmanlarını yad edirlər.
"Unikal" xəbər verir ki, İkinci Şəhidlər xiyabana gələnlər arasında şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin qızı da var. Atasının şəhadətindən 6 ay sonra dünyaya gələn balacaya Cənnət adı verilib. İndi o, qəhrəman atasının olduğu uca məkanın adını daşıyır.
Üç yaşlı Cənnət şəhidimizin dördüncü övladıdır.
Qeyd edək ki, Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Polkovnik-leytenant Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində xidməti avtomobilində mühasirəyə düşüb. O, sona qədər döyüşüb, düşmənə əsir düşməmək üçün özünə başından atəş açaraq şəhid olub.
Ağarza Elçinoğlu