İran Silahlı Qüvvələrinin elit hissəsinin - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Abbas Nilforuşan İsrailin Beyruta endirdiyi zərbə zamanı həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
O, SEPAH-ın əməliyyatlar üzrə rəhbərinin müavini və briqada generalı idi.
Qeyd edək ki, İsrailin Livana hücumu nəticəsində bundan əvvəl “Hizbullah” lideri Həsən Nəsrullah da öldürülüb.
Ağarza Elçinoğlu