Göygöldə iki piyadanı maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə Göygöl şəhərinin mərkəzi küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ "markalı minik maşını yolu keçmək istəyən iki piyadanı vurub. Qəza zamanı 1982-cü il təvəllüdlü Mətanət Əliyeva və 1961-ci il təvəllüdlü Maral Nəcəfova xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov