İmişlidə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevlə bağlı bütün zəruri addımlar atılır.
“Unikal” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, atılan addımların müsbət nəticə verəcəyinə ümid edir: “Hazırkı an üçün isə konkret nə isə demək mümkün deyil”.
Qeyd edək ki, 11 yaşlı Rasim Xankişiyev ötən ilin dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşüb.