"Həm Baş Prokurorluq, həm də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi daim korrupsiya ilə mübarizə məsələlərini diqqətdə saxlayır".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
"Bizə istər sui-istifadə halları, istərsə də rüşvət tələb olunması barədə vətəndaşlar tərəfindən məlumatlar daxil olduqca biz onları ciddi araşdırır və müvafiq tədbirləri həyata keçiririk.
Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək", - deyə Baş prokuror qeyd edib.