Oktyabrın 2-də saat 4 radələrində paytaxtın Bakıxanov qəsəbəsi ərazisindən “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 37 yaşlı V.Nurullayev Biləsuvar rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə oktyabrın 2-də Quzanlı qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobil qaçırmaqda şübhəli bilinən 37 yaşlı S.Şükürov Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.