Sağlamlığımızı qorumaq, bədəni yeniləmək və xəstəliklərə qarşı müqavimət qazanmaq üçün təbiətin verdiyi faydalı qidaları istehlak etmək vacibdir. Bəzi qidalar tərkibindəki vitamin və minerallar sayəsində orqanizmin inkişafını və bərpasını təmin edir.
"Unikal" xalq arasında "padşah bitkisi" adlandırılan qulançarın faydalarını təqdim edir:
Qan təzyiqini tənzimləyir:
Qulançar özündə ürəyin, sümüklərin, böyrəklərin və sinirlərin düzgün işləməsi və sağlam olması üçün vacib bir qida maddəsi olan kalium ehtiva edir.
Ürək xəstəlikləri riskini azaldır:
Antioksidantlarla zəngin qida olan qulançar hüceyrələrin DNT-sini zədələyən xərçəng, ürək xəstəlikləri və digər sağlamlıq problemlərinə səbəb olan sərbəst radikallarla mübarizə aparır, bununla da əlaqəli xəstəliklərin riskini azaldır.
İmmunitet sistemini gücləndirir:
Antioksidant, vitamin, mineral, fol turşusu və kalium gücü ilə zəngin qulançar immunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərə qarşı daha davamlı edir.
Damar sağlamlığını dəstəkləyir:
Təzyiq salıcı təsiri olan qulançar pis xolesterini də aşağı salır. Bu sayədə ürək-damar sağlamlığını dəstəkləyərək infarkt riskinin azaldılmasında mühüm rol oynayır.
Xərçəng riskini azaldır:
Güclü antioksidant təsiri ilə bədəndəki sərbəst radikallarla mübarizə aparan qulançar xərçəng riskini azalda bilir. Eyni zamanda, xərçəng müalicəsi zamanı istifadə edilməli bir tərəvəz hesab olunur.
Beyni möhkəmləndirir:
Yaşlanma əleyhinə başqa bir xüsusiyyəti odur ki, beynimizə koqnitiv geriləmə ilə mübarizə aparır. Yarpaqlı göyərti kimi, qulançar da idrak qabiliyyətinin zəifləmə riskini azaltmaq üçün balıq, quş əti, ət və süd məhsullarında olan B12 vitaminini təmin edir.
Təbii sidik qovucu:
Qulançarın tərkibində təbii sidikqovucu kimi fəaliyyət göstərən, sidik ifrazını artıran və orqanizmin artıq duzlardan qurtulmasına kömək edən yüksək miqdarda asparagin amin turşusu var. Bu, xüsusilə ödemdən (bədən toxumalarında mayenin yığılması) və yüksək qan təzyiqi və ya ürəklə əlaqəli digər xəstəliklərdən əziyyət çəkən insanlar üçün faydalıdır.
Zərifə Nağıyeva