Futbol üzrə Azərbaycan Çempionatının birinci dəstəsində keçirilən oyun zamanı "Mingəçevir"futbol komandasının oyunçusu xəstəxanalıq olub
"Unikal"ın məlumatına görə hadisə şəhər stadionunda keçirilən "Mingəçevir" və "Zaqatala" komandalarının matçında baş verib. Qonaq komandanın oyunçusu ilə toqquşan "Mingəçevir" komandasının oyunçusu Tural Məmmədzadə baş nahiyəsindən ciddi xəsarət alıb. Yerindəcə tibbi yardım göstərilən oyunçu daha sonra xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, oyun 2:3 hesabı ilə qonaq komandanın qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin vurulan qollardan birinin müəllifi olam Tural Məmmədzadə vuruğu qoldan bir dəqiqə sonra başından yaralanaraq xəstəxanalıq olub.
Ehtiram Muradov