Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

"Unikal" xəbər verir ki, qəbulda Lökbatan qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. 

Keçirilmiş səyyar qəbula 70-ə yaxın qəsəbə sakini qatılıb. Sakinlərdən 15 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib. 

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.