Xidmət sahəsini artırmaqda davam edən "Bazarstore" yeni mağazasını işğaldan azad edilmiş Cəbrayılda açıb.
"Unikal" xəbər verir ki, ümumi sahəsi 1000 m²-ə yaxın olan mağaza bol çeşid və sərfəli qiymət ilə müştərilərə xidmət edəcək.
Artıq Cəbrayıla qayıdan yerli sakinlər, həmin ərazilərdə xidmət edən hərbçilərimiz, həmçinin işğaldan azad edilmiş torpaqların yenidən qurulmasında iştirak edən qurumların əməkdaşları "Bazarstore"dan alış-veriş edə bilərlər.
Yüzə yaxın marketlə fəaliyyət göstərən "Bazarstore" qısa müddətdə bütün Qarabağda xidmət göstərməyi planlayır. Qeyd edək ki, mağaza "Bazarstore"un Qarabağda sayca 2-ci mağazasıdır. Bundan öncə şəbəkənin Füzulidə mağazası istifadəyə verilmişdi.