Quba rayonunda qoyunlar arasında tələfat qeydə alınıb.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə Quba rayonunun Vəlvələ kəndində yaşayan vətəndaşlara məxsus 5 təsərrüfatda baş verib.
Belə ki, təsərrüfat sahibləri bildirirlər ki, heyvanlar hər gün eyni qaydada otlaq sahələrində otarılır, axşamda tövləyə salınır. Bu dəfə isə heyvanları otarmaq üçün tövlənin qapsın açdıqda çox sayda xırdabuynuzlu heyvanların tələf olduqnu görüblər.
Həmçinin təsərüfatlara məxsus digər qoyunların da halsız vəziyyətdə olduğu müşahidə edilib.
Yerli sakinlər məsələ ilə bağlı Quba rayon Baytarlıq İdarəsinə müraciət etdiklərini, lakin əraziyə baxış keçirilmədiyi bildiriliblər.
Baş vermiş heyvan təlafatı ilə bağlı Vəlvələ kənd Bələdiyyəsinin sədri Tahirmirzə Məmmədov "Unikal"ın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə bu hal qeydə alınıb:
"Kəndin qoyun sürüsü növbəli şəkildə yerli sakinlər tərəfindən otlaq sahələrində otarılır. Heç vaxt belə hadisə olmayıb kənddə. Bu baş verən hadisə bizi də narahat edir. Heyvanları ölən şəxslərlə birgə mən də gedib qoyunların otladıqları əraziyə baxış keçirdik. Kənd ərazisindən kənarda, otlaq ərazisinin yaxınlığına, kimsə gətirib çürümüş buğda qalıqları töküblər. İlkin ehtimala görə, heyvanlar çürümüş buğdadan zəhərləniblər".
Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca