Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lapis Lazuli” marşrutunun canlandırılması ilə bağlı məsələlərin müzakirəsi məqsədilə İstanbulda keçirilən tədbirdə iştirak edib.
"Unikal" xəbər verir ki, tədbirdə marşrutun səmərəli fəaliyyəti üçün üzv dövlətlərdə infrastrukturun inkişafı ilə bağlı müvafiq işlərin görülməsi, ölkələr arasında məlumat mübadiləsinin aparılması, məşvərət qrupunun yaradılması və Fəaliyyət Planının hazırlanması müzakirə olunub.
Rəşad Nəbiyev Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində beynəlxalq və regional əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Son 20 ildə ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verib.