Nazirlər Kabinetində vəzifə dəyişikliyi olub.
"Unikal" xəbər verir ki, baş nazirin müşaviri Əhməd Əhmədzadənin vəzifəsi dəyişdirilərək, baş nazirin köməkçisi vəzifəsinə keçirilib.
Bununla da, baş nazirin köməkçilərinin sayı üçə (Əhməd Əhmədzadə, Mehman Tağıyev, Fəxri İsmayılov) çatıb.
Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov isə baş nazirin müşaviridir.