"Hökumətin başçısı kimi Ukraynanın NATO-ya daxil olmasına heç vaxt razı olmayacam".
"Unikal" xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fitso açıqlayıb.
Baş nazirin sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olmasına qarşı heç bir maneə yoxdur. Lakin o, Ukraynanın NATO-ya üzvlüyünün qəti əleyhinədir. Fitso iddia edir ki, Ukraynanın NATO-ya daxil olması 3-cü dünya müharibəsi üçün əsas olacaq.
"Mən Slovakiya Respublikasının baş naziri olduğum müddətdə partiya sədri kimi üzərində siyasi nəzarətim olan deputatların heç vaxt Ukraynanın NATO üzvlüyünə səs vermələrinə razı olmayacaqlarına əminəm", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu