Oktyabrın 9-da Türkiyə Livanı tərk etmək üçün müraciət etmiş vətəndaşlarını dəniz yolu ilə təxliyə edəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada, 2000-ə qədər sərnişin daşıya bilən iki türk hərbi gəmisinin oktyabrın 8-də Beyruta yola düşəcəyi bildirilir. Daxili İşlər Nazirliyi əlavə edib ki, zərurət yaranarsa, təxliyə prosesi bir neçə gün davam edəcək.
Sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” kod adlı “önləyici hücum əməliyyatı”na başladığını elan edib. Sentyabrın 28-də İsrailin hava zərbəsi ilə "Hizbullah" lideri Həsən Nəsrullahı öldürdüyü məlum olub.
Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsindəki "Hizbullah" hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” başladığını elan edib.