Ümid edirəm ki, Ermənistan və Azərbaycan yaxın dörd həftə ərzində sülh sazişinin müddəalarını imzalayacaqlar.
"Unikal" xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan "Reuters" agentliyinə müsahibəsində bildirib.
Vaaqn Xaçaturyan bəyan edib ki, İrəvan ümid edir ki, Bakı razılaşdırılmış maddələri noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi konfransına qədər imzalayacaq: "Bu, yalnız erməni tərəfdən asılı olsaydı, Ermənistan sülh müqaviləsini elə indi imzalayar. Ümid edirik ki, gec-tez o məqama çatacağıq".
O əlavə edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsinin bəzi maddələri üzrə danışıqlar hələ də davam edir.
Ağarza Elçinoğlu