Aİ Şurası Rusiyaya qarşı yeni sanksiyalar rejimini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqı bəyanat yayıb.
Bildirilir ki, bu addım Rusiya Federasiyasının Avropadakı “hibrid fəaliyyətlərinə” cavab olduğu və “xaricdə sabitliyi pozan fəaliyyətlərə” görə atılıb.
"Yeni çərçivə Aİ-yə Rusiya hökumətinin Aİ və onun üzv dövlətlərinin fundamental dəyərlərinə xələl gətirən hərəkətləri və siyasətlərində iştirak edən şəxsləri və təşkilatları izləməyə imkan verəcək", - sənəddə qeyd olunub.