"Rusiya prezidenti Vladimir Putin və Azərbaycan lideri İlham Əliyevi onların parlaq təhsili birləşdirir".
"Unikal" xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, hər iki siyasətçi balanslıdır: "Putinlə Əliyev arasında əla şəxsi münasibətlər yaranıb. Bu, hər ikisinin əla təhsil alması, hər ikisinin müxtəlif dilləri bilməsi, hər ikisinin sakit və psixotip baxımından balanslı olması və bu mənada bir-birlərinə çox xoş münasibət bəsləmələri ilə bağlıdır ".
Markov qeyd edib ki, yaxınlaşma həm də Rusiyanın Avropa Şurası ilə münasibətlərinin pozulması fonunda baş verib: "Digər bir məqam isə İranın Azərbaycana ən yaxın ölkə olması və İranın iştirakı ilə Yaxın Şərqdə böyük müharibə baş verərsə, bunun birbaşa Azərbaycana təsir edəcəyi ilə bağlıdır. Və bildiyiniz kimi, Rusiya ilə İran arasında dostluq münasibətləri var. Onların Yaxın Şərqdə böyük müharibə təhlükəsi ilə bağlı müzakirə edəcəkləri bir şey var".
Ağarza Elçinoğlu