Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyan və Ermənistanın Rusiya Federasiyasındakı səfiri  Qurgen Arsenyandan respublikada kvadroberlərin olub-olmadığını soruşub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

"Sizin kvadroberləriniz var? Uşaqlar it kimi geyinirlər. Bu, ən vacib məsələlərdən biridir. Heyvan kimi gəzirlər və s., - Lavrov Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdən əvvəl erməni diplomatlara deyib.

Mirzoyan isə cavabında bu barədə məlumatlı olduğunu bildirib: "Mən bunu görmüşəm, amma fenomenin özü tanış deyil". 

Qeyd edək ki, kvadrobinq heyvanların hərəkətlərini və vərdişlərini təqlid etməyi əhatə edən uşaqlar və yeniyetmələr arasında məşhur bir subkulturadır.

Ağarza Elçinoğlu