İran İsfahan şəhərində S-400 zenit sistemlərini sınaqdan keçirib. 

"Unikal" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Telegram" kanalında məlumat yayıb. 

Qeyd olunub ki, şəhərdəki partlayış səsləri bununla bağlıdır: "Gecə eşidilən partlayışın səsi, səmada görünən parlaq obyekt müdafiə sisteminin sınaq fəaliyyəti ilə bağlıdır. Partlayışın hərbi təlimlər və ya düşmənin hücumu nəticəsində baş verdiyi barədə iddialar həqiqətə uyğun deyil.

Qeyd edək ki, İran bu yaxınlarda S-400 “Triumf” zenit sistemi alıb.

Ağarza Elçinoğlu