Demokratlardan prezidentliyə namizəd, özünü təvazökar, orta səviyyəli qadın kimi təqdim edən Kamala Harris 200 min dollardan çox dəyərində zinət əşyaları taxır.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri yazır.
Belə ki, Harris 18,5 min dollar dəyərində qızıl Tiffany boyunbağının və 3 model Cartier saatının, o cümlədən 16,5 min dollara polad və qızıldan hazırlanmış Ballon Bleu modelinin sahibidir. Bundan əlavə, nəşrin məlumatına görə, siyasətçinin Los-Ancelesin məşhur zərgəri İren Noyvirtdən bir neçə eksklüziv mirvari zinət əşyaları var.
"Daily Mail"in qeyd etdiyi kimi, heç də bütün amerikalıların Harrisin kolleksiyası kimi kolleksiya yaratmaq imkanı yoxdur.
Gülayə Mecid