Rusiyanın Tolyatti şəhərində qan donduran qətl hadisəsi baş verib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, oktyabrın 8-də 13 yaşlı məktəbli 2 və 5 yaşlı iki kiçik ögey bacısını bıçaqlayaraq öldürüb. İlkin məlumata görə, məktəblinin anası onu bacılarına baxmağı tapşırıbmış.
13 yaşlı qız bacılarının meyitlərini eyvanda gizlədib və parkda gəzintiyə çıxıb. Axşam evə qayıdan valideynlər qızlarının meyitini tapıblar. Ana qızına evdə baş verənlərdən xəbəri olub-olmadığını soruşduqda heç nə gizlətməyib və bacılarını öldürdüyünü etiraf edib.
İstintaq davam edir.
Gülayə Mecid