Ermənistan 2020-ci ildə Moskva, Bakı və İrəvan tərəfindən imzalanmış və Qarabağda atəşkəsə imkan verən üçtərəfli bəyannamədən rəsmi olaraq öz imzasını geri götürmür.
"Unikal" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, təxminən bir il yarıma yaxındır ki, regionda kommunikasiya yollarının açılması ilə bağlı üçtərəfli işçi qrupunda heç bir irəliləyiş yoxdur: "Ermənistan rəsmi olaraq üçtərəfli bəyannamədən çıxmayıb və imzasını geri götürməyib, lakin eyni zamanda, ən azı il yarımdır ki, baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda heç bir irəliləyiş yoxdur".
Overçuk qeyd edib ki, regionda iqtisadi və nəqliyyat dəhlizlərinin blokdan çıxarılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.
Ağarza Elçinoğlu