2024-cü ildə zülalların öyrənilməsinə görə kimya üzrə Nobel mükafatını üç alim - David Baker, Demis Hassabis və Con Jumper alıb.
"Unikal" xəbər verir ki, bu barədə Nobel Komitəsinin nümayəndələri Stokholmda keçirilən mərasimdə məlumat veriblər.
David Baker demək olar ki, qeyri-mümkün olanı yerinə yetirməyi bacarıb - tamamilə yeni zülal növləri yaradıb. Demis Hassabis və Con Jumper 50 ildir mübarizə apardıqları problemi həll etmək üçün süni intellekt modeli hazırlayıblar.