Partiya qrupunda cari məsələlərlə bağlı açıqlamalar verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza və Livanda günahsız mülki əhalini qətlə yetirən İsrailə qarşı sərt ifadələr işlədib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan açıq şəkildə İsrailə meydan oxuyub:
"Netanyahu və onun qətl şəbəkəsi çox təhlükəli bir macəraya atılır. Son hədəfin harada olduğunu çox açıq şəkildə görürük. Biz güzəştə getməyəcəyik".