Slovakiyanın Ali Məhkəməsi müəyyən edib ki, prokurorluq baş nazir Robert Fitsoya qarşı sui-qəsdi terror aktı kimi düzgün qiymətləndirməyib.
"Unikal" xəbər verir ki, bu barədə “Aktuality” portalı məlumat yayıb.
Məhkəmə vurğulayıb ki, sui-qəsdin müəllifi, 71 yaşlı təqaüdçü yazıçı Juraj Cintula həqiqətən də qanuni olaraq həbsxanadadır, lakin o, terrorda ittiham oluna bilməz.
2024-cü ilin iyulunda prokurorlar Tsintulanın qətlə cəhd ittihamına terror hücumu ittihamı əlavə etdilər.
2024-cü il mayın 15-də Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsd olub. Baş nazir kabinet iclasından sonra küçədə tərəfdarları ilə danışıb. 71 yaşlı yazıçı Juraj Cintula tapança ilə siyasətçiyə 5 dəfə atəş açıb və saxlanılıb. Baş nazir sinə, bud və mədəsindən yaralanıb və vertolyotla Bratislavadakı xəstəxanaya aparılıb. Slovakiyanın baş naziri Robert Fitsoya silahlı hücum son 20 ildən artıqdır ki, Avropada ilk hadisədir.
Gülayə Mecid