"Milton" qasırğasının Florida ştatına çatmasından bir müddət əvvəl meydana gələn tornadolarda dörd nəfər həlak olub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, ölənlərin hamısı iki tornadonun baş verdiyi Sent-Lüsi qraflığında olub.

Bir çox ev və binalar, o cümlədən Port Sent-Lüsi şəhəri və ətraf ərazilər ciddi ziyan görüb.

3-cü kateqoriyaya aid olan "Milton" qasırğası Siesta-Ki yaxınlığına çatıb. Səhər qasırğa birinci kateqoriyaya qədər zəifləyib. Ştatın 3 milyondan çox sakini işıqsız qalıb.